Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada qazax dilində 3 məktəb tikiləcək

Rusiyada qazax dilində 3 məktəb tikiləcək



Rusiyada qazax dilində 3 məktəb tikiləcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Astanada ikitərəfli formatda keçirilən görüşdə Qazaxıstanda rus məktəblərinin, Rusiyada isə qazax dilli məktəblərin açılması məsələsi müzakirə olunub.

Belə ki, Astanada Qazaxıstan Respublikası Parlamenti Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq üzrə Palatalararası Parlament Komissiyasının iclası keçirilib.

Görüş zamanı bildirilib ki, Qazaxıstan qonşu ölkədə qazax dilində tədris olunan 3 məktəb tikməyi planlaşdırır.

Xatırladaq ki, bir qədər əvvəl Tokayev Qazaxıstanın cənubunda 3 rus məktəbinin tikiləcəyini bildirmişdi.

Anar Əliyev
Xəbəri paylaş