Türkiyədə İŞİD terror təşkilatna qarşı mübarizə tədbirləri davam edir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu dəfə əməliyyatlar Kırşehirdə həyata keçirilib.
Əməliyyat zamanı terror təşkilatı olan İŞİD-in qondarma lideri Əbu Bəkr Əl-Bağdadinin qohumu polis qrupları tərəfindən yaxalanıb.
Papaq, beret və maska taxaraq gizlənən, tez-tez şəxsiyyətini və ünvanını dəyişən, qeyri-qanuni yollarla xaricə qaçmağa çalışan W.K.K.A.B adlı şübhəli şəhərin mərkəzində saxlanılıb.
Saxlanılan şəxsin evindən çoxlu sayda rəqəmsal material və saxta sənədlər aşkar olunub.
Fuad Hüseynzadə