Amerika silah istehsalçıları ölkədəki korrupsiya və davam edən münaqişə ucbatından Ukraynada birgə müəssisələr açmaqdan çəkinirlər.
Newscenter.az TASS-a istinadən bildirir ki, ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən rəsmisi Defense One-a açıqlamasında belə deyib.
Qeyd edib ki, Amerikan şirkətləri Ukraynada biznesin uzunmüddətli iqtisadi səmərəliliyindən şübhələnirlər.
Dövlət Departamentinin nümayəndəsi vurğulayıb ki, eyni zamanda ABŞ hakimiyyəti hərbi korporasiyaların Ukraynanın hərbi məhsul istehsalçıları ilə daha fəal əməkdaşlıq etməsini istəyir.
O xatırladıb ki, ABŞ-ın Ukrayna ilə sövdələşmələr bağlamaq üçün xüsusi qrupu var və ona Ukrayna-Amerika mümkün razılaşmalarının əldə olunmasına dair göstərişlər vermək tapşırılıb.
Anar Əliyev