Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Azərbaycanda küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib


Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Bu barədə Newscenter.az-a GHİM-in Mətbuat Xidmətindən məlumat verilib.

Xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb, şimal küləyi sabaha kimi davam edəcək. Küləyin sürətinin 18-23 m/s, arabir 25-27 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün isə 3-5 metrə çatacağı proqnozlaşdırılır.

Mehman Mehdiyev
Xəbəri paylaş