"Ukrayna İsraillə ultimatum dili ilə danışmağa cəhd edərək səhvlərə yol verdi və bu yanaşma nəticə vermir. Bu, İsrail cəmiyyətində Ukraynaya dəstək səviyyəsinin azalmasına gətirib çıxarır".
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İsrailin Ukraynadakı səfiri Mixail Brodski deyib.
RBC-Ukrayna agentliyinə müsahibəsində səfir deyib ki, Ukraynada müharibə başlamazdan əvvəl də Kiyev İsraillə bağlı bəzi səhvlərə yol verib, ultimatumlarla çıxış etmək cəhdləri olub.
Onun sözlərinə görə, bütövlükdə İsrail cəmiyyəti hələ də Kiyevin tərəfindədir, lakin bu dəstəyin mahiyyəti dəyişib.
“İsraillilərin əksəriyyəti hələ də Ukraynanı dəstəkləyirlər",-deyə diplomat vurğulayıb.
Mehman Mehdiyev