"Keçən il ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi təqribən 4,5 milyard ABŞ dolları olub. Bu ilin yanvar-iyul ayları ərzində isə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 572.8 milyon ABŞ dolları təşkil edib".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.2% və ya 127.5 milyon ABŞ dolları artım olduğunu göstərir:
"Hazırda Azərbaycanda Rusiya kapitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Ötən il Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının məbləği 300 milyon dollara yaxın olub. Ümumilikdə isə indiyə qədər Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyasının həcmi 6 milyard dollar təşkil edib".
Süleyman