Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putinin Azərbaycana səfərində əldə olunan razılşmaların faydalı olacağını demək mümkündür

Putinin Azərbaycana səfərində əldə olunan razılşmaların faydalı olacağını demək mümkündür


"Bu səfər Rusiya Prezidenti Vladimir Putinin Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Azərbaycana ilk səfəridir. Səfəri maraqlı edən əsas məqamlardan biri də bu səfərin Ukrayna ordusunun Rusiya ərazisində hərbi əməliyyatlar keçirdiyi bir vaxta təsadüf etməsi ilə bağlıdır. Ümumilikdə isə Vladimir Putin Ukrayna torpaqlarını ilhaqa görə Qərb tərəfindən təcrid olunduqdan sonra müttəfiqlərilə əlaqələrini möhkəmləndirməyə və yenilərini əldə etməyə çalışır və bu səfərə də həmin kontekstdən baxmaq lazımdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə Rusiya prezidentinin Azərbaycana səfərini şərh edərkən səsləndirib. O bildirib ki, son dövrlərdə Rusiya ilə Azərbaycan arasında regionlararası, siyasi, ticari-iqtisadi əlaqələr, o cümlədən enerji sektoru uğurla inkişaf edir:

"Xüsusilə də 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə ilə dövlətlərarası münasibətlər daha uğurlu şəkildə inkişaf etməyə başlayıb".

Yusif Bağırzadə hesab edir ki, Vladimir Putinin indiki səfərində də bir sıra siyasi, regional, beynəlxaq məsələlərlə yanaşı, həm də iqtisadi məsələlər geniş şəkildə müzakirə olunub:

"Məlumdur ki, Rusiya Ukraynaya girdikdən sonra Qərbin qoyduğu sanksiyalara görə Avropa ölkələrinə ixracı faktiki olaraq dayanıb. 2025-ci ilin yanvarın 1-dən isə “Qazpromun” Ukrayna ərazisindən Avropa ölkələrinə qaz ixracının müqaviləsi bitir. Bu isə Rusiyanı təbii olaraq öz qazı üçün yeni müştərilər tapmağa məcbur edir".

Politoloq deyib ki, bizim qazdan əziyyət çəkən Avropa ölkələrini qazla təchiz etmək üçün Avropa İttifaqı ilə razılaşmamız mövcuddur:

"Bu razılaşmaya görə Avropa ölkələrinə nəql edilməsi üçün daha çox qaz ixrac edilməsi razılaşdırılıb. Düşünürəm ki, məhz bu məsələ, yəni enerji məsələsi Vladimir Putinin Azərbaycana hazırkı səfərində əsas hədəflərdən oldu. Hətta gələcəkdə qaz nəqli ilə bağlı yeni sənəd də imzalana bilər. Bu əslində bizim də maraqlarımıza cavab verir. Azərbaycan Rusiyadan ucuz qiymətə aldığı qazı daxili bazarı təmin etmək üçün istifadə edərək Avropaya ixrac olunan Azərbaycan qazının həcmini artıra bilər.

Sözsüz ki, müzakirələrin digər predmeti də Qərbin Ermənistanda möhkəmlənməsi fonunda regionda yarana biləcək gərginlik olub. Rəsmi Moskva Qərbin Ermənistanda möhkəmlənməsini özü üçün təhlükə olaraq görür və gec-tez Ermənistan tərəfdən rus hərbi bazalarının Ermənistan ərazisindən çıxarılması haqqında tələblərin ola biləcəyini də ehtimal edilir. Odur ki, regionda möhkəmlənmək və öz mövqeyini qoruyub saxlamaq üçün yollar axtarır.

İstənilən halda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana hazırkı dövlət səfərində əldə olunan razılşmaların ikitərəfli münasibətlər üçün faydalı olacağını demək mümkündür".

Süleyman
Xəbəri paylaş