Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan İtaliya üçün mühüm enerji mənbəyidir

Azərbaycan İtaliya üçün mühüm enerji mənbəyidir


Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət strategiyasının nəticəsidir ki, Azərbaycan nəinki Cənubi Qafqazın, ümulikdə Avrasiyanın siyasi beyin mərkəzlərindən biri halına gəlib və regional proseslərdə liderlik nümayiş etdirir. 1992-ci ildən başlayaraq ölkəmizin milli maraqlarına və faydalı qarşılıqlı tərəfdaşlıq münasibətlərinə uyğun olaraq İtaliya ilə qurulan ikitərəfli münasibətlər bunun bariz nümunəsidir və yüksələn xətt üzrə inkişaf edir. Günüz reallığında Azərbaycan və İtaliya əlaqələrindən bəhs ediriksə iqtisadi, siyasi, mədəni və enerji sahələrində geniş spektri əhatə edön tərəfdaşlıq mühütü ilə qarşılaşırıq. Qədim dövlətçilik ənənələri, zəngin mədəni irsi ilə İtaliya, Avropa Biriliyinin əsas güclərindən biridir və ittifaqın mövcudluğunda xüsusi rola malikdir. Azərbaycanın da əsas ixrac əməliyyatları Qərb ölkələri istiqamətinə olduğu üçün cənab Prezident İlham Əliyevin İtaliya səfəri müstəsna əhəmiyyətə malikdir.

İnkişaf edən Bakı-Roma münasibətlərini bəzi istiqamətlər üzrə dəyərləndirək.

1. İqtisadi əlaqələr: İtaliya Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biridir. İki ölkə enerji, neft-qaz sektoru başda olmaqla müxtəlif sahələrdə ticarət mübadiləsi həyata keçirilir.

2. Enerji sahəsi: Azərbaycan, çoxşaxəli enerji tədarükü strategiyasının bir hissəsi olaraq İtaliya üçün mühüm enerji mənbəyidir və ölkənin enerji təhlükəsizliyində ciddi rola malikdir. Xam neft ixracı ilə yanaşı Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycan qazının İtaliyaya daşınması ölkələrimiz arasında enerji əməkdaşlığını daha da gücləndirmişdir.

3. Hərbi əlaqələr: İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanda ordu quruculuğu prosesi kəmiyyət və keyfiyyət baxımından yeni müstəvidə inkişaf etməyə başladı. Bu münasibətlə, İtaliya ilə hərbi əlaqələrin genişləndirilməsi prioritet istiqamətlərdən biridir. Heç təsadüfi deyil ki, 26 İyun Silahı Qüvvələr günü münasibətilə cənab Prezident İlham məhz İtaliyadan alınan Leonardo korporasiyasının istehsalı J 27 Spartan hərbi nəqliyyat təyyarəsini incələdi və bu addım hərbi əlaqələrimizin inkişaf göstərici kimi qiymətləndirilməlidir.

4. Mədəniyyət və Təhsil : İtaliya və Azərbaycan arasında mədəni mübadilə proqramları, sərgilər, konfranslar təşkil olunur, mədəni əlaqələr inkişaf etdirilir. Bununla yanaşı təhsil sahəsində İtaliya universitetləri ölkəmizdə təqaüd proqramları ilə çıxış edərək gənclərimizin təhsilində və karyera yüksəlişində əhəmiyyətli rol oynayır. Bir sözlə, İtaliya-Azərbaycan münasibətləri bütün komponentləri ilə dostluq, əməkdaşlıq və qarşılıqlı maraqlara əsaslanır və gələcəkdə daha da gərginləşdirilməsi gözlənilir.

Pərviz Mirizadə, AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi

Newscenter.az üçün
Xəbəri paylaş