Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BAP strukturlarını daha da möhkəmləndirəcək

BAP strukturlarını daha da möhkəmləndirəcək


Sentyabrın 1-də qanunverici orqana keçirilən növbədənkənar seçkilərin nəticəsinə uyğun olaraq parlament partiyasına çevrilən Böyük Azərbaycan Partiyası (BAP) strukturlarını bundan sonra daha da möhkəmlədəcək və fəaliyyətini bir qədər də aktivləşdirəcək.

Bu barədə Newscenter.az-a partiyanın sədri Elşad Musayev məlumat verib. O bildirib ki, rəhbərlik etdiyi siyasi qurumun seçkilərin nəticələrinə əsasən parlament partiyasına çevrilməsi BAP üçün əlavə imkanlar yaradacaq:

"Eyni zamanda bizim bir partiya kimi məsuliyyətimizi daha da artıracaq. Çalışacağıq ki, ortaya faydalı iş əmsalı qoya bilək".

Elşad Musayev deyib ki, sonuncu prezident seçkilərindən sonra BAP bir qədər də siyasi aktivliyini artırıb, strukturlarını daha da möhkəmlədib:

"Bundan sonra da bu proses artan templə davam edəcək və partiya olaraq üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağıq".

Süleyman
Xəbəri paylaş