Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq təşəbbüslər nəticə verəcəkmi?

Beynəlxalq təşəbbüslər nəticə verəcəkmi?


Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məqsədilə beynəlxalq təşəbbüslər artıb. Bu günlərdə Birləşmiş Ştatların Dövlət Katibi Entoni Blinkenin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə zəng etməsi də bunun göstəricisidir.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı politoloq Elvin Babayev deyib ki, Ermənistan sülhə meyilli olsa, beynəlxalq təşəbbüslər nəticə verəcək:

"Hazırda isə müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, Ermənistan sülhə meyilli deyil. Bu ölkənin sürətlə silahlanması, müntəzəm olaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulması bunu təsdiqləyir. Belə olan təqdirdə hansısa sülhdən danışmaq hələlik tezdir".

Politoloq deyib ki, beynəlxalq təşəbbüslərin nəticə verməsi üçün ilk növbədə Ermənistana təzyiq göstərilməlidir.

Anar Əliyev
Xəbəri paylaş