Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran dolayı yolla münaqişəyə cəlb olunub

İran dolayı yolla münaqişəyə cəlb olunub


"İranın Yaxın Şərq bölgəsində müharibəyə dəstək verməsi İsraillə birbaşa müharibədən çəkinməyin göstərəcisidir. Bu gün biz daha çox İsrailin İranın hədəflərini və proksi qüvvələrini məhv etdiyinin şahidi oluruq. İran dolayı yolla münaqişəyə cəlb olunub, lakin dediyim kimi birbaşa İsraillə münaqişəyə cəlb olunmaqdan ciddi şəkildə çəkinir".

Newscenter.az xəbər verir ki, bunu politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, bu müharibə coğrafi nöqteyi nəzərdən daha çox hərbi hava qüvvələri üzərindən həyata keçiriləcək:

"Bu gün İranın hərbi müdafiə sisteminin hansı vəziyyətdə olduğunun biz son hücumlarda şahidi olduq. Lakin əlbəttə ki, İsrail üçün İran son hədəfdir, sadəcə hələ ki, İsrail İran məsələsində Qərbi tam səfərbər etməyib. Yəqin ki, bunun üçün münasib zaman və hadisələr baş verməli və yetişməlidir. Proksi qüvvələr müəyyən qədər sıradan çıxarilandan və ABŞ-ın bu məsələdə razılığı olduqdan sonra İsrail-İran birbaşa hərbi qarşıdurması baş verə bilər və bu məsələdə guman ki, İsrail öz müttəfiqləri ilə birgə hərəkət edəcək".

Süleyman
Xəbəri paylaş