Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranı müharibəyə cəlb etmək istəyirlər

İranı müharibəyə cəlb etmək istəyirlər


"İsrailin Livana qarşı zərbələri İranı münaqişəyə cəlb etməyə hesablanıb. Böyük güclər, xüsusilə Birləşmiş Ştatlar İsrailin əli ilə İran faktorunu aradan qaldırmaq istəyir".

Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrup hesab edir ki, İranın müharibəyə cəlb edilməsi Cənubi Qafqaz regionu, o cümlədən Azərbaycan üçün də ciddi problemlərə yol aça bilər:

"Əgər belə bir qarşıdurma baş verərsə, istər-istəməz İrandan on minlərlə qaçqın ilk növbədə Azərbaycana üz tutacaq. Bu da ölkəmiz üçün humanitar fəlakət sayıla bilər. Digər tərəfdən İrana qarşı hava zərbələri Azərbaycanla bu ölkə arasındakı sərhəd rayonlarımıza da mənfi təsir göstərə bilər. Bir sözlə İranın müharibəyə cəlb edilməsi regionu fəlakətə sürükləyər".

Analitik Qrup hesab edir ki, ərəb ölkələrinin də münaqişəyə cəlb edilməsi çoxdan söylənilən Üçüncü Dünya Müharibəsini qaçılmaz edər.

Anar Əliyev
Xəbəri paylaş