Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Livan məsələsi daha böyük riskləri özündə daşıyır

Livan məsələsi daha böyük riskləri özündə daşıyır


İranın yaratdığı Hizbullah üzvlərinin son günlər İsrail tərəfindən kiberhücüm nəticədə elektronik əşyaların partladılması ilə öldürülməsi və yaralanması Livandakı İsrailə təhlükə yaradan qüvvələrin məhv edilməsinə başlanıldığını göstərir.

Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, əslində İsrailin Qəzza zolağında HƏMAS-la işini bitirəndən sonra Livana keçəcəyi məlum məsələ idi:

"Amma Qəzza zolağına hücumdan fərqli olaraq Livan məsələsi daha böyük riskləri özündə daşıyır. Bu Yaxın Şərq üçün dağıdıcı müharibəyə səbəb ola bilər. İran bu qarşıdurmanın mərkəzindədir. Amma İran bu qarşıdurmadan qaçır. Məsələ ondadır ki, İran bu qarşıdurmadan dövlət kimi sağ çıxmayacağına əmindir. Amma bu tək İranı qorxutmur. Bu təhlükə Türkiyə və Suriya üçün də mövcuddur".

Azər Qasımov hesab edir ki, İsrailin Livana müdaxiləsi zamanı kimsə buna mane olmayacaq:

"Regionda bu müharibəyə qarışmağın bədəli çox böyük olacaq".

Süleyman
Xəbəri paylaş