"İsrailin Yaxın Şərqdə atəşkəsin əldə olunması və müharibəni bitirməsi barədə beynəlxalq aləmin çağırış və tələblərinə məhəl qoymaması narahatvericidir. İsrailin dünya ictimaiyyətinə meydan oxumasının da arxasında ABŞ-ın dayandığı hər kəsə məlumdur. Öncə diqqət yetirmək lazımdır ki, Yaxın Şərqdə gərginliyin daha da dərinləşməsinə kim maraqlıdır. Təbii ki, region ölkələri üçün bu arzuolunan deyil. Ancaq Birləşmiş Ştatlar strateji əhəmiyyət daşıyan, karbohidrogen yataqları ilə zəngin olan Yaxın Şərqi, Ön Asiyanı mürəkkəb hala gətirmək istəyir və bu Vaşinqtonun işinə yarayan haldır".
Newscenter.az xəbər verir ki, bunu AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O deyib ki, İsrail -HƏMAS müharibəsindən istifadə edən Birləşmiş Ştatlar bölgəni barıt çəlləyinə çevirdi, hərbi gücünü artırdı və böyük bir coğrafiyanı əməliyyat zonası halına saldı:
"Məncə qarşıdakı hədəf təkcə İran deyil, həm də Türkiyədir. Bu gün az çox müstəqil siyasət yürüdə bilən, islam liderliyinə can atan hər iki dövlət həm İsrail, həm də Birləşmiş Ştatlar və müttəfiqləri üçün arzuolunan deyil".
Süleyman