Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vəba epidemiyasından ölənlərin sayı 350-yə çatır

Vəba epidemiyasından ölənlərin sayı 350-yə çatır


Sudanda vəba epidemiyasından ölənlərin sayı 348-ə yüksəlib.

Newscenter.az Röyters-ə istinadən bildirir ki, bu barədə Sudan Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada vəba epidemiyasının ölkənin 9 əyalətində yayıldığı və ümumi yoluxma sayının 11 min 79-a yüksəldiyi bildirilib.

Açıqlamada ölkənin 5 vilayətində dang qızdırması şübhəsinin olduğu, 2 nəfərin isə bu xəstəlik şübhəsi ilə öldüyü qeyd olunub.

Mehman Mehdiyev

Xəbəri paylaş