Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın Şərqdə müharibənin arealını genişləndirmək cəhdi

Yaxın Şərqdə müharibənin arealını genişləndirmək cəhdi


Görünən odur ki, Yaxın Şərqdə daha çox ölkənin müharibəyə cəlb ediıməsi istiqamətində ciddi çalışılır. Bu günlərdə Livanda bir-birinin ardınca baş verən partlayışlar bunun sübutudur.

Newscenter.az-ın xəbərinə görə, elə AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Ili Oruclu da belə düşünür.O bildirib ki, İsrailin Livanda Hizbullaha qarşı açdığı cəbhədə də məqsədlərdən biri münaqişənin arealını gücləndirmək və İranı da birbaşa prosesə cəlb etməkdir:

"Tehran onun prosesə çəkilməsini anladığından hələ ki, ehtiyatlı davranır. Ancaq nə vaxtsa İranı da münaqişənin bir parçası olacağına vadar edəcəklər. Əgər bu plan həyata keçərsə, Türkiyə və Azərbaycan da daxil böyük bir region ciddi risklər altında qalacaq. Bu layihəni əngəlləmək üçün islam coğrafiyası yekdil mövqe sərgiləməli, birgə addımlar atmalıdır. Xüsusən də ərəb dünyası tərəddüd etməkdən əl çəkməli, real təhlükənin onlardan da yan keçməyəcəyini anlamalıdır".

Süleyman
Xəbəri paylaş