Bütün xalqa, cəmiyyətə elan olunur ki, 5 nəfər ailə üzvünü qətlə yetirmiş, insan cildində olan bu cür psixopat məxluqu məhkəmə azad edib. Cəmiyyətdə də buna heyrət, həyəcan yaşanır!
Newscenter.az xəbər verir ki, bunu kriminalist İlqar Altay deyib. Onun sözlərinə görə, ardınca, məhkəmə ya, Ədliyyə sistemindən bir hüquqşünas çıxıb, ictimai müəmma, həyəcanı nəzərə alıb bir izah vermir ki, bu əslində, azad etmə yox, ixtisaslaşmış müalicəvi tipli həbsdir:
"İxtisaslaşmış tibb müəssisəsi nədir, türmə kimi kamerada, ciddi polis nəzarətində olan xüsusi şəraitdir. Qanun, adamı ruhi xəstə bilib, həbsə məhkum etmirsə, ictimai təhlükəli kimi, həkim müalicəsi yolu ilə yenə də təcridə göndərir və bu təcrid türmədəkindən daha tək, sıxıntılıdır".
İlqar Altay, "Qaldı, 5 nəfər doğmasını qətlə yetirmə dərəcə dərin ruhi pozuntulu xəstənin sağalıb azadlığa çıxması mümkünsüz işdir. Elə, ömürlük həbsdir. Sağalırsa, demək o dərəcədə də, psixi anlaqsız olmayıb. Kim onu yenə cəmiyyət içinə buraxar? Elə, başı buraxılıb nəticədə belə faciəni törədib. Məhkəmə, istintaq öncələr bu psixopatın qeyri adekvat əməl ya durumunu nəzərdən qaçırmış həkimlər və polisləri təqsirli görməyib nədənsə. İnsan birdən-birə bu qətl səviyyəsinə yetişməz",-deyə vurğulayıb.
Anar Əliyev