Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan Albaniyaya getdi

Ərdoğan Albaniyaya getdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyaya səfərə gedib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyə lideri Albaniyanın ardınca Serbiyaya rəsmi səfər edəcək.

Oktyabrın 10-11-i tarixlərini əhatə edəcək səfərlər zamanı ikitərəfli münasibətlərin bütün aspektlərinin nəzərdən keçiriləcəyi və müxtəlif sahələrdə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində görüləcək işlər müzakirə olunacaq.

Səfər çərçivəsində prezident Ərdoğan hər iki ölkədəki həmkarları ilə qurulan yüksək səviyyəli əməkdaşlıq şurası iclaslarına sədrlik edəcək.

Ərdoğan Albaniyanın baş naziri Edi Ramanın iştirakı ilə Türkiyə tərəfindən maliyyələşdirilən Balkanların ən böyük məscidi olan Tirana Namazgah məscidinin açılışını da edəcək.

Serbiyada isə Türkiyə lideri bu ölkənin prezidenti Vuçiçlə biznes forumda iştirak edəcək

Görüşlər zamanı həmçinin Balkanlarda baş verən hadisələr, İsrailin Qəzzaya, Livana hücumları da daxil olmaqla, aktual qlobal və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq.

Mehman Mehdiyev
Xəbəri paylaş