Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın silahlanma təşəbbüslərinin ardında Azərbaycanla hərbi toqquşmalara hazırlıq niyyəti dayanır

Ermənistanın silahlanma təşəbbüslərinin ardında Azərbaycanla hərbi toqquşmalara hazırlıq niyyəti dayanır


"Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasına qatılan Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində ünvanlanan sualları cavablandırıb. Baş nazir qeyd edib ki, Ermənistan buna hazırdır.

Doğrusu, Nikolun çıxışından təsirlənməmək mümkün deyil. Məlum şəxs elə bir ritorikadan çıxış etdi ki, həmin an sülh sənədini ver o imzalayacaq".

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun fikribcə əsl aktyor məhz Paşinyandır:

"Təsəvvür edin ki, Ermənistanın baş naziri digər bir dövlətdə özünü demokrat və sülh carçısı kimi nümayiş etdirir, lakin ölkəsində Aİ missiyası ilə bərabər Azərbaycan mövqeləri provokativ tərzdə müşahidə olunur. Məhz bu səbəbdən rəsmi İrəvanın istənilən müstəvidə Azərbaycanla sülh danışıqları ətrafında müsbət fikirlər səsləndirməsi hesab edirəm ki, qeyri-səmimidir".

AVP rəsmisinin sözlərinə görə, heç kimə sirr deyil ki, Ermənistanın silahlanma təşəbbüslərinin ardında Azərbaycanla hərbi toqquşmalara hazırlıq niyyəti dayanır:

"Ukrayna müharibəsinin Ermənistan iqtisadiyyatına müsbət təsiri ölkənin hərbiləşdirilməsi fəaliyyətinə stimul verir. Sözün açığı 14 milyard dollar Ermənistan kimi zəif iqtisadi göstəriciləri olan dövlət üçün katastrofik bir məbləğdir. Qeyd edim ki, bu rəqəm il sonuna kimi Rusiya və Ermənistan arasında ticarət dövriyyəsinin proqnozlaşdırılmış həddir".

Süleyman
Xəbəri paylaş