Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İkitərəfli əməkdaşlığın prioritet istiqamətləri müzakirə edilib

İkitərəfli əməkdaşlığın prioritet istiqamətləri müzakirə edilib


Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayevin Türkmənistana rəsmi səfəri Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü ilə başlayıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, dövlət başçısı qonaqpərvərliyə görə Xalq Məsləhət Şurasının sədrinə minnətdarlığını bildirib.

Qurbanqulu Berdiməhəmmədovun Qazaxıstan və Türkmənistan arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdiyini də qeyd edib.

Prezident Qazaxıstan-Türkmənistsn əməkdaşlığının dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ruhunda sürətlə inkişafına xüsusi diqqət yetirərək, Türkmənistana rəsmi səfərinin məqsədinin iki ölkənin strateji tərəfdaşlığını yeni səviyyəyə çatdırmaq olduğunu bildirib.

Söhbət zamanı siyasi, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri ətraflı müzakirə olunub.

Anar Əliyev
Xəbəri paylaş