
İlin əvvəlindən dövlət əmək müfəttişləri 43,6 mindən çox işçinin hüquqlarını qoruyub.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, bu barədə ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib. Bildirilib ki, oktyabrın 1-nə olan məlumata görə, dövlət əmək müfəttişləri 260 müəssisənin 17 min işçiyə 3,8 milyard tenge maaş borcu olduğunu müəyyən ediblər. Eyni zamanda, müxtəlif təşkilatlarda aparılan yoxlamalar zamanı əmək hüquqlarının pozulması faktının 6,9 minə yaxın olduğu müəyyən edilib.
Əmək haqqı borcu olan müəssisə rəhbərlərinə 222 icrası məcburi olan əmrlər verilib və onlar 34,6 milyon tengedən çox cərimələnib.
Həyata keçirilən tədbirlər, o cümlədən əmək haqqı borclarının ödənilməsi üçün ciddi qrafiklərin və müddətlərin müəyyən edilməsi nəticəsində 15 min 600-dən çox işçinin hüquqları qorunub. Onlara 3 milyard tenge ödənilib.
2024-cü il oktyabrın 1-nə olan məlumata görə, dövlət əmək müfəttişləri tərəfindən 4338 yoxlama aparılıb, yoxlama zamanı 6935 qanun pozuntusu aşkar edilib.
Anar Əliyev











































