"Rusiya - Ukrayna müharibəsində həqiqi tərəflərin Qərb - Rusiya olduğu ümumiyyətlə nə mübahisə, nə də müzakirə mövzusu deyil. Rusiyanın sürükləndiyi Ukraynaya hücumu da Qərbin istəyinə uyğun gözlədiyi nəticədir".
Newscenter.az xəbər verir ki, bunu politoloq Vüqar Dadaşov deyib. O bildirib ki, Rusiya Ukrayna xalqları arasında əldə edilmiş nifaq və hal-hazırda davam edən müharibə artıq Qərbin strateji qələbəsidir:
"Müharibə dayansa da belə, Ukrayna və Rusiya arasındakı bu müharibə faktı zaman-zaman siyasi, iqtisadi məqsədlər üçün istifadə olunacaq.
Belə suallara da rast gəlirik, əgər həqiqətən müharibə Qərb Rusiya arasında gedirsə, Qərb niyə müharibəyə qoşulmur? Əlbəttəki bunun müxtəlif səbəbləri ilə yanaşı ən əsas səbəbi "əsgər" faktorudur. Yəni, ABŞ, Fransa da daxil olmaqla Qərbin döyüşkən, vətənpərvər əsgər çətinliyi danılmazdır. Məlumdur ki, bir ərazinin azad edilməsi və ya tutulması həmin ərazilərin dağıdılması, yaxud hərbiçilərin məhv edilməsi ilə başa çatmır. Əsgər ayağı dəyməyən ərazi fəth edilmiş sayılmır. Bu mənada Qərbin rus əsgərlərinə qarşı qoya biləcəyi döyüşçüsü yoxdur. Odur ki, Qərb Rusiyanı başqa üsullarla zəiflətmək, məğlub etmək istəyir. O da həqiqətdir ki, Rusiyanı hərbi yolla məğlub etmək olmaz. Rusiyanın məğlubiyyəti ancaq hakimiyyət, siyasi quruluş dəyişikliyinə bağlıdır hansı ki, Qərb bir neçə dəfə Rusiyaya qarşı bu üsuldan istifadə edib (1917-ci il bolşevik inqilabı, 1991-ci il SSRİ-nin dağılması).
Yeri gəlmişkən, Qərbin İrana qarşı bir başa, quru hərbi əməliyyatlarına getməməsini səbəblərinin biri də "əsgər" məsələsidir.
Hərçənd ki, İran yaradıldığından Qərbin, xristianlığın böyük maraqlarının təminatçısı funksiyasını yerinə yetirir. Artıq heç kimə sir deyil ki, İsrailin müharibəyə başlama səbəbi məhz HƏMAS-ın hücumları oldu. Əlbəttəki Həmas İrana aid qüvvə kimi, ancaq onun tapşırıqlarını icra edir.
Sual oluna bilər ki, bəs İran İsraili müharibəyə çəkməkdə hansı məqsədi güdürdü? Əlbəttəki Çin, Rusiya, Türkiyə və ümumiyyətlə BRİKS birliyinin ABŞ-ın nəzarəti və iştirakından kənar yeni tranzit marşrutu yaratmaq, iqtisadi imkanlar, köhnə qitəyə, Şərqə, Afrikaya çıxışın qarşısını almaq üçün, tranzit yolların keçəcəyi Şərqdə müharibə yaratmaq və arealı genişləndirmək mütləqdir. İranın İsrailə qarşı İraqda, Livanda, Yəməndə və sair ərazilərdə müharibə açması ilə iki məqsədinə nail olur. Əvvəla Çinin, Rusiyanın, Türkiyənin və s. dövlətlərin tranzit və iqtisadi imkanlarını əngəlləyir, ikincisi islamın vəhdətini pozur. Yeri gəlmişkən, İsrailin Yaxın Şərq müharibəsi, Səudiyyə Ərəbistan İsrail yaxlnlaşmasını da dayandırdı. İranın Zəngəzur dəhlizinin əlehinə çıxması da Zəngəzur dəhlizinə Qərbin nəzarətinə qədərdir. Hal-hazırda Rusiya İrana qarşı siyasətində səmimi olsa da İran səmimi deyil. İrana Rusiya arxayın olmadığından, Rusiya fars rejimi ilə mütəmadi və ən yüksək səviyədə təmaslarının qoruyu"r.
Politoloq deyib ki, bu böyük siyasətdir və hər şey də təqdim edildiyi, göründüyü kimi deyil:
"İran proyekti sonyna yaxınlaşır. Heç şübhəsiz ki, nəticə Qərbin məqsədinə çatmasından asılıdır, ancaq hər bir halda İsrail - İran qarşıdurması kimi təqdim edilən bu müharibədə İran siyasi rejiminin dəyişdirilməsi ən yaxşı maska kimi, Qərbin dirijorluğunu gizlədə bilər.
Anar Əliyev