Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşsizlik səviyyəsi azalır

İşsizlik səviyyəsi azalır


Türkiyədə işsizlik səviyyəsi avqust ayında əvvəlki ayla müqayisədə 0,3 bənd azalaraq 8,5 faizə düşüb.

Newscenter.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən bildirir ki, bu dövrdə işsizlərin sayı 3 milyon 55 min nəfər təşkil edib.

15 və daha yuxarı yaşda olan işsizlərin sayı avqust ayında əvvəlki ayla müqayisədə 89 min nəfər azalaraq 3 milyon 55 min nəfərə çatıb. İİşsizlik səviyyəsinin kişilər üçün 7,0 faiz, qadınlar üçün isə 11,4 faiz olduğu təxmin edilib.

Məşğulluq səviyyəsi isə 49,7 faiz təşkil edib.

2024-cü ilin avqust ayında məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 78 min nəfər artaraq 32 milyon 776 min nəfərə, məşğulluq nisbəti isə 0,1 bənd artaraq 49,7 faizə çatıb. Bu göstərici kişilərdə 67,1 faiz, qadınlarda isə 32,6 faiz təşkil edib.

Nərgiz Əzizova
Xəbəri paylaş