Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi mühüm hadisədir

Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi mühüm hadisədir


"Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi mühüm hadisədir".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, belə bir qərarın verilməsi Laçın şəhərinin, ümumən Qarabağın MDB məkanında daha yaxından tanıdılmasına imkan yaradacaq:

"Bu qərar həm də bir daha Laçın başda olmaqla Qarabağın Azərbaycanın ərazisi olduğunu təsdiqləyən bir haldır".

Arzuman Muradlı qeyd edib ki, Laçının Mədəniyyət Paytaxtı elan edilməsi çərçivəsində keçiriləcək tədbirlərə MDB məkanından çoxlu sayda qonaqlar Laçına təşrif buyuracaq ki, bu da bir neçə məqamı ilə ölkəmizə müsbət dividentlər gətirəcək:

"Hər şeydən əvvəl Azərbaycana gələcək qonaqlar Qarabağda həyata keçirilən quruculuq-abadlıq işləri ilə yaxından tanış olacaqlar. Digər tərəfdən Laçının turizm zonası kimi imkanları onlara tanıdılacaq ki, bu da gələcəkdə MDB məkanından Laçına çoxlu sayda turistlərin gəlməsinə yol açacaq".

Arzuman Muradlı onu da diqqətə çatdırıb ki, bununla həm də müxtəlif ölkələrin mədəniyyətləri Laçında vəhdət təşkil etmiş olacaq.

Süleyman
Xəbəri paylaş