
“Ümumi təhsil müəssisələrində şagird təhıükəsizliyi barədə” Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş 08.10.2024-cü il tarixli təlimati məktuba əsasən, 96 nömrəli tam orta məktəbin direktoru Mehriban Hacıyeva texniki heyətlə iclas keçirib.
Newscenter.az xəbər verir ki, görüş məktəblərdə normal iş ahənginin qurulması, təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması, şagirdlərin, müəllimlərin və digər kollektiv üzvlərinin fiziki, psixoloji və sosial təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həyata keçirilməli vacib tədbirlər çərçivəsində baş tutub.
İclasda texniki işçilər məktəb mühitündə təhlükəsizliyin təmin olunması istiqamətində onların üzərinə düşən öhdəliklər barədə bir daha təlimatlandırılıb.
Tədbirlərin artırılması məqsədi ilə onlara əlavə tapşırıqlar verilib.
Süleyman











































