Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarın ağrısı şikayəti ilə xəstəxanaya gedən xəstənin qarnından 26 kiloqramlıq şiş çıxarılıb

Qarın ağrısı şikayəti ilə xəstəxanaya gedən xəstənin qarnından 26 kiloqramlıq şiş çıxarılıb


Türkiyədə qeyri-adı hadisə baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Trabzonda qarın ağrısı və yeriməkdə çətinlik çəkdiyi üçün xəstəxanaya müraciət edən 64 yaşlı xəstə uğurlu əməliyyatla qarnındakı təxminən 26 kiloqramlıq kütlədən xilas olub.

Belə ki, xəstə bir aya yaxındır artan qarında şişlik və ağrıların yeriməyə mane olmasından sonra Kanuni Təhsil və Araşdırma Xəstəxanasına müraciət edib.

Tədqiqat və müayinələrdən sonra xəstənin qarnında şiş olduğu müəyyən edilib və ümumi cərrahiyyə şöbəsinin mütəxəssisi Opr. Dr. İsmət Çelik, Dos. Dr. O, Aydın Aktaş və komandası tərəfindən əməliyyata alınıb.

Təxminən 2 saat davam edən əməliyyatda xəstənin qarnından təxminən 26 kiloqram ağırlığında olan şiş uğurla çıxarılıb.

Xəstənin müalicəsi reanimasiyada davam edir.

Nərgiz Əzizova
Xəbəri paylaş