Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan Türkmənistanda yataqların işlənməsində iştirak edəcək

Qazaxıstan Türkmənistanda yataqların işlənməsində iştirak edəcək


Qazaxıstan Türkmənistanda yataqların işlənməsində iştirak etmək niyyətindədir.

Newscenter.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənistana səfəri zamanı deyib.

O bildirib ki, Qazaxıstan Türkmənistanın qaz-kondensat yataqlarının işlənməsində, eləcə də boru kəməri infrastrukturunun genişləndirilməsində fəal iştirak etməkdə maraqlıdır.

Prezidentin sözlərinə görə, tərəflər iqtisadiyyatın əsas sahələrində birgə müəssisələrin yaradılması perspektivini öyrənmək barədə razılığa gəliblər.

"Energetika sahəsində əməkdaşlığın genişləndirilməsi prioritet vəzifə kimi qarşıya qoyulub. Son illər bu istiqamətdə ciddi irəliləyişlər var",-deyə Tokayev bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş