Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada ölənlərin sayı 42 mini keçdi

Qəzzada ölənlərin sayı 42 mini keçdi



İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 42 mini keçib.

Newscenter.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, bu müddət ərzində ölənlərin sayı 42 min 65-ə çatıb.

Təkcə son 24 saatda 55 nəfər qətlə yetirilib.

Hücumlar nəticəsində yaralıların sayının isə 97 min 886 nəfər təşkil edib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.

Mehman Mehdiyev
Xəbəri paylaş