
Son bir həftə ərzndə Türkiyə Silahlı Qüvvələri ərəfindən 42 terrorçu zərərsizləşdirilib.
Newscenter.az xəbər verir ki. bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.
Bildirilib ki, İraq və Suriyanın şimalı da daxil olmaqla, ölkədaxili və sərhədyanı əməliyyatlarla yanvarın 1-dən indiyədək İraqın şimalında 1113, Suriyanın şimalında isə 1036 olmaqla 2149 terrorçu zərərsizləşdirilib.
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk deyib ki, ölkənin şimalındakı Pəncə-Kilit və Pəncə-Yıldırım əməliyyatı zonalarında aparılan axtarış və skan tədbirləri çərçivəsində çoxlu sayda silah-sursat, eləcə də müxtəlif həyat, tibbi ləvazimat və təşkilati sənədlər ələ keçirilib.
Suriyada ən qısa zamanda sabitliyin bərqərar olması və suriyalıların təhlükəsiz mühitə qayıtmasının təmin edilməsi üçün səylərin davam etdiyini vurğulayan Aktürk, “Sərhədlərimizin təhlükəsizliyini təmin etmək və 2019-cu il oktyabrın 9-da başlayan “Barış pınarı” əməliyyatı xalqımıza və ölkəmizin cənubunda yaradılması nəzərdə tutulan terror dəhlizinin qarşısının alınmasına xidmət edir”,-deyə bildirib.
Mehman Mehdiyev











































