Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tokayev Türkmənistana rəsmi səfər edib

Tokayev Türkmənistana rəsmi səfər edib


Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Türkmənistana rəsmi səfər edib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Aşqabad hava limanında Kasım-Jomart Tokayevi türkmən xalqının lideri Qurbanqulu Berdiməhəmmədov qarşılayıb.

Səfər çərçivəsində Kasım-Jomart Tokayev və Serdar Berdiməhəmmədov arasında danışıqlar aparılacaq. Prezident həmçinin Aşqabadda Abay Kunanbayulunun abidəsini açacaq.

Tokayev Türkmənistan səfəri zamanı “Dövrlərin və sivilizasiyaların əlaqəsi sülhün və inkişafın əsasıdır” beynəlxalq forumunda iştirak edəcək.

Mehman Mehdiyev
Xəbəri paylaş