Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ və Şərqi Zəngəzurun turizm potensialından sıx şəkildə istifadə olunacaq

Qarabağ və Şərqi Zəngəzurun turizm potensialından sıx şəkildə istifadə olunacaq


“Turizm haqqında” Qanuna edilən dəyişikliklər bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında ikinci oxunuşda müzakirə edilərək plenar iclasa tövsiyə olundu. Yeni dəyişikliklərə əsasən, turizm və rekreasiya zonalarında iri sənaye müəssisələrin fəaliyyəti qadağan ediləcək. Bununla da, həmin zonalarda kimya sənayesi, metallurgiya, nüvə energetikası, məişət tuallantılarının zərərsizləşdirilməsi və email müəssisələrin fəaliyyəti qadağan olunacaq.

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, Nazirlər Kabinetinin 2016-cı il 1 avqust tarixli qərarı ilə “Xızı-Xaçmaz”, “Quba” və “Qusar” Turizm və rekreasiya zonasının sərhədləri təsdiq edilib:

"İşğaldan azad olunan Kəlbəcərin yüksək turizm resurslarından səmərəli istifadəsi məqsədilə “Kəlbəcər Turizm İnkişaf Konsepsiya” sənədi hazırlanıb. Kəlbəcər rayonunda 5 Turizm və rekreasiya zonasının yaradılması təklif olunur. Bu o deməkdir ki, yaxın zamanlarda Qarabağ və Şərqi Zəngəzurun turizm potensialından sıx şəkildə istifadə olunacaqdır".

Deputat hesab edir ki, bütövlükdə, son dəyişikliklər ətraf mühitin qorunması və sağlamlıq turizmin inkişafı baxımdan vacib hesab olunur.

Süleyman
Xəbəri paylaş