Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Livandan 966 nəfəri təxliyə edib

Türkiyə Livandan 966 nəfəri təxliyə edib



Türkiyə Livandan 966 nəfəri təxliyə edib.

Newscenter.az Türkiyə Xarici İşlər Nazirliyinə istinadən bildirir ki. təxliyə edilənlərin 878-i türk, 24-ü Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) vətəndaşlarıdır.

Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, təxminən 1900 Türkiyə vətəndaşı nəhayət Livandan təxliyə olunmaq istədiklərini bəyan edib.

Mənbələr Xarici İşlər Nazirliyinə ilkin müraciət edənlərin sayının 2500 nəfər olduğunu və bu şəxslərlə telefonla əlaqə saxlandığını, 1900 nəfərin görüş məntəqələrinə gələcəyini və buna uyğun hazırlıqların aparıldığını bildirib. Görüş nöqtələrinə 1000-ə yaxın adam gəlib və onlardan bəziləri son anda gəmiyə minməkdən vaz keçib.

Qeyd edək ki, Türkiyə 2006-cı ildə 34 günlük İsrail-Livan müharibəsi zamanı da Türkiyə vətəndaşlarını da təxliyə edib.

Anar Əliyev
Xəbəri paylaş