“Ukrayna-Cənub-Şərqi Avropa” sammitində Vladimir Zelenski Ukraynanın Şimali Atlantika Alyansına dəvətini “qələbə planının” birinci bəndi adlandırıb.
Newscenter.az xəbər verir ki, bu barədə Strana.ua öz Telegram kanalında məlumat yayıb.
Rusiya prezidenti Vladimir Putin isə Ukraynanın NATO-ya üzvlüyünün Rusiyanın təhlükəsizliyinə təhdid yaratdığını bəyan edib. O, xüsusi hərbi əməliyyatın başlanmasına səbəb Kiyevin alyansa qoşulması təhlükəsinin olduğunu vurğulayıb.
Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin əməliyyatı “səkkiz ildir Kiyev rejimi tərəfindən zorakılıq və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb. Buna nail olmaq üçün Putin bildirib ki, o, "Ukraynanı demilitarizasiya və de-nazifikasiya etməyi" və Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarları təqib etməyi planlaşdırır.
Anar Əliyev