Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizi ilə bağlı razılaşma var

Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizi ilə bağlı razılaşma var


"Rusiya və Ermənistan arasında razılaşmaya əsasən, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunu İran-Ermənistan sərhəddindən çıxarılacaq. Bununla da Ermənistan Azərbaycan və İranla sərhədlərinə öz sərhədlər qoşunları ilə nəzarət edəcək".

Newscenter.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Türkiyə ilə Ermənistan arasında sərhədləri Rusiya sərhədçiləri mühafizə edir:

"Qeyd edim ki, Ermənistan və Türkiyə arasında siyasi-diplomatik əlaqələr bərpa ediləndən sonra rəsmi Yerevan Türkiyə ilə sərhəddən Rusiya hərbiçilərini çıxaracaq. Təbii ki, bu Azərbaycanla tam sülh müqaviləsi bağlandıqdan sonra mümkündür".

Politloq qeyd edib ki, Zəngəzurdan Rusiya sərhədçilərinin çıxarılması "Zəngəzur" dəhlizinin açılmasına hesablanıb:

"Ermənistan baş naziri Zəngəzur dəhlizinə nəzarəti Rusiyanın nəzarətinə verilməsinə qarşıdır. Ortaq Rusiya sərhədçilərinin olması N. Paşinyani narahat edən əsas məqam idi. Artıq növbəti ildən Zəngəzurda Rusiya hərbiçiləri olmayacaq. Digər, bir məsələ isə, Rusiya sərhədçilərinin İranla sərhəddən çıxarılması ABŞ təlimatı ilə reallaşıb. Burada ABŞ hərbi -kəşfiyyat qrupları yerləşəcək".

Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizi ilə bağlı razılaşma var:

"Tərəflər dəhlizin açılmasını ikitərəfli əsasda yerinə yetiriləcək".

Süleyman
Xəbəri paylaş