Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 1,5 milyondan çox yük daşınıb

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 1,5 milyondan çox yük daşınıb


"Bakı-Tbilisi-Qars Dəmiryolu xətti açıldığı gündən bu günə qədər 1 milyon 502 min tondan çox yük daşınıb. İnanırıq ki, bu göstəricilər qarşıdakı dövrdə daha da artacaq”.

Newscenter.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur Naziri Abdulkadir Uraloğlu deyib.

Nazir Uraloğlu Orta Dəhliz layihəsindən də danışıb. Bildirib ki, Orta Dəhliz Bakı-Tbilisi-Qars Dəmir Yolu Xəttinin Çin-Türkiyə və Çin-Avropa arasında yük daşımalarının müddətini qısaltdığını da deyib:

Dəmir yolu yük daşımalarının payının 5 faizdən 22 faizə yüksəltməyi planlaşdırdıqlarına diqqət çəkən Uraloğlu, "Dəmir yolu ilə illik orta yük daşımalarını 32 milyon tondan 448 milyon tona çatdırmağı hədəfləyirik",-deyə bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş