Avrasiya İqtisadi İttifaqı ilə Çin arasında memorandum imzalanıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, Aİİ İşgüzar Şurası ilə Çinin Beynəlxalq Ticarətin Təşviqi Komitəsi (ICTAC) arasında imzalanmış memorandum Aİİ ölkələri ilə Çin Xalq Respublikası arasında maneələri aradan qaldırmağa və işgüzar münasibətləri daha da inkişaf etdirməyə imkan verir.
Söhbət təkcə əməkdaşlıq şərtləri haqqında məlumat mübadiləsindən deyil, həm də praktiki problemlərin həllindən – məhdudiyyətlərin aradan qaldırılmasına köməklik etməkdən, müxtəlif forumların, sərgilərin təşkilindən gedir.
Memorandumu Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti, Aİİ İşgüzar Şurasının Rəyasət Heyətinin üzvü Aleksandr Şoxin və Çinin Beynəlxalq Ticarətin Təşviqi Komitəsinin sədr müavini Zhang Şaoqan imzalayıblar.
Mehman Mehdiyev