Yunanıstanda fəhlələr döyüş sursatı ilə dolu konteynerin İsrailə göndərilməsinin qarşısını alıblar.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, liman işçiləri İsrailə göndərilən sursatla dolu konteynerin Pirey limanından yüklənməsinə mane olublar.
Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, Şimali Makedoniya üzərindən Yunanıstana daşınan sursat olan konteyner İsrailin Hayfa limanına gedən gəmiyə yüklənmək üçün Pirey limanına gətirilib.
Həmkarlar ittifaqının çağırışı ilə toplaşan işçilər sursatla dolu konteynerin gəmiyə yüklənməsinə icazə verməyiblər.
İşçilər İsrail üçün nəzərdə tutulan konteynerin üzərinə “Qatillər, limandan çıxın” yazıb və “Fələstinə azadlıq” şüarları səsləndiriblər.
Mehman Mehdiyev