"Kiyev ABŞ prezident seçkilərindən sonra münaqişənin üç fərqli ssenaridə davam edəcəyini proqnozlaşdırır".
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. O bildirib ki, seçkidən sonra bizə nə təklif olunacağını bilmirəm:
"Biz vəziyyətin üç istiqamətdə inkişaf edə biləcəyini görürük".
Zelenskinin sözlərinə görə, ssenarilərdən biri müttəfiqlərin davamlı dəstəyini nəzərdə tutur. Ukraynalı siyasətçi Kiyevin nəzərdən keçirdiyi digər iki variantın adını çəkməyib və deyib ki, onlar Ağ Evin yeni rəhbərinin kim olacağından asılıdır.
Anar Əliyev