Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada ölən BMT əməkdaşlarının sayı 231-ə çatdı

Qəzzada ölən BMT əməkdaşlarının sayı 231-ə çatdı


7 oktyabr 2023-cü il tarixindən etibarən soyqırım törədən İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda həlak olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) əməkdaşlarının sayı, 231-ə yüksəlib.

Newscenter.az Reuters-ə istinadən bildirir ki, UNRWA-nın komissarı general Philippe Lazzarini sosial media hesabından Qəzzadakı vəziyyətlə bağlı yazılı açıqlamasında bunu bildirib.

İsrailin dünən Qəzzanın şimalında məcburi köçkün fələstinlilərin sığındığı UNRWA məktəbini hədəf aldığını xatırladan Lazzarini, bu hücumda ölənlər arasında çoxlu uşaq olduğunu bildirib.

Lazzarini son bir həftədə Qəzzada UNRWA-nın 3 ayrı kampusuna hücumlar edildiyinə diqqət çəkib.

Lazzarini qeyd edib ki, Qəzzaya humanitar yardımların artırılacağına dair açıqlamalar olsa da, bölgədə yaşayan insanlar heç bir irəliləyiş görməyiblər.

Mehman Mehdiyev
Xəbəri paylaş