Bir neçə gün sonra qonşu Gürcüstanda 150 yer uğrunda 30 siyasi partiyanın mübarizə aparacağı taleyüklü parlament seçkiləri keçiriləcək.
Sözügedən seçkinin ölkənin gələcək xarici siyasət vektorunun müəyyənləşdirilməsi istiqamətində həll edici olacağını nəzərə alarsaq hal hazırda gürcü cəmiyyətində qütbləşmə ən üst səviyyədədir.
Seçkinin siyasi motivləri, Qərb və Rusiya arasında mübarizə predmeti olan yanaşmalar indiki halda Gürcüstanda politik müstəvisidə xaotik vəziyyət yaradıb.
Bu isə hansı şərtlər daxilində olursa olsun arzuolunan hal deyil. Yaranmış vəziyyətə görə isə günahkarlar əlbəttə ki, keçmiş və indiki hakimiyyət nümayəndələridir.
Çünki, rəsmi Tiblisi bu vaxta qədər xarici qüvvələrin ölkənin daxili işlərinə qarışmasının önünü ala bilməyib. Məhz bu səbəbdən cəmiyyət arasında dövlətin gələcəyi ilə bağlı ciddi fikir ayrılıqları yaranıb.
Cənubi Qafqaz respublikalarının xarici siyasət strategiyalarına diqqət etsək təxminən iki il əvvələ qədər ölkələrin hərəkət istiqaməti sabit idi.
Gürcüstan Aİ və NATO yolunu tutmuş Qərbin bir parçası olmaq yolunda irəliləyirdi. Ermənistan isə ənənəvi xətt üzrə Rusiya orbitində özünə yer edinmişdi.
Bu iki ölkədən fərqli olaraq Azərbaycan Rusiya və Qərb arasında qütbləşməyə getməyərək balanslaşdırılmış siyasətinə sadiq qalaraq Türkiyə ilə birlikdə TDT çərçivəsində öz güc mərkəzini formalaşdırmaq üçün bu gün də ciddi səylə çalışır.
Lakin son iki ildə beynəlxalq müstəvidə baş verən proseslər Gürcüstan və Ermənistanın siyasətində köklü dəyişikliklərə gətirib çıxarıb, rollar dəyişib. Bunlar isə böyük ölçüdə Rusiya-Ukrayna müharibəsinin regiona yansıması ilə bağlıdır.
Məhz bu səbəbdən hal hazırda Gürcüstan hakimiyyəti balanslaşdırılmış xətt üzrə hərəkət etmək üçün çalışır, prezident Zurabaşvili və onun ətrafında birləşən müxalif partiyalar isə ölkənin gələcəyini ənənəvi yolda görür
Pərviz Mirizadə:AVP sədirinin Beynəlxalq məsələr üzrə köməkçisi, siyasi şərhçi