Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər xarici rəsmi səfəri Azərbaycan dövlətçiliyinin möhkəmləndiriliməsi baxımından əhəmiyyətli olur. Möhkəm dövlətçiliyə malik olan dövlətin dünyada siyasi nüfuzu da yüksəlir, iqtisadi qüdrəti də artır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 24-də Kazana səfəri də, XVI BRICS sammitinin “Outreach”/”BRİCS+” formatının ilk plenar iclasında çıxışı da son illərin siyasi hadisələrini də əhatələdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çııxışı da bu baxımdan xarakterik oldu.
Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin Azərbaycanın ərazisindən keçdiyini, bu nəqliyyat yollarının Azərbaycanın ərazisində olan bütün seqmentlərinin uğurla fəaliyyət göstərdiyini, ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırıldığını xatırladadarq dedi: “Azərbaycan artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcək”.
Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş oldu. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün qədər yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verildi...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu rəsmi səfərdə çıxışı Azərbaycanda keçiriləcək mötəbər və çox geniş miqyaslı Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) ərəfəsində əhəmiyyətli, məzmunlu, gərəkli çıxış kimi kimi dinlənildi.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı