
Başqırdıstanın paytaxtı Ufada 20-ci Qazaxıstan-Rusiya Regionlararası Əməkdaşlıq Forumu işə başlayacaq.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, forumda iki ölkənin regionları arasında ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi, regional əlaqələrin genişləndirilməsi və sənaye əməkdaşlığı məsələləri müzakirə olunacaq.
Forumun təşkilatçıları tərəfindən yayılan məlumata görə, tədbirdə Rusiya Federasiyasının 24 regionundan 159, Qazaxıstandan isə 196 nəfər iştirak edəcək. Həmçinin 306 şirkət və 200 media nümayəndəsinin iştirakı planlaşdırılır.
Yubiley forumunun yekunlarına əsasən, regionlararası və transsərhəd əməkdaşlıq proqramı rəsmiləşdiriləcək.
Qeyd edək ki, noyabrın 27-də Rusiya prezidenti Vladimir Putin Qazaxıstana dövlət səfərinə gedəcək. Həmin vaxt iki ölkənin liderləri videobağlantı vasitəsilə Ufada keçiriləcək foruma qoşulacaqlar.
Anar Əliyev