Bakının Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Oktyabr küçəsində naməlum avtomobil tərəfindən qaz xətti yararsız hala salınıb.
Bu barədə Newscenter.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilir ki, nəticədə dekabrın 14-də saat 02:11-dan etibarən qaz təchizatı dayandırılıb.
Qaz təchizatı dayandırılan müddətdə 400 istehlakçının qaz təchizatında fasilə yaranıb. Hazırda təmir-bərpa işləri aparılır.
Süleyman