"Qlobal miqyasda qarşıdurma dalğasının yaratdığı geosiyasi fırtınalardan daha çox əziyyət çəkən subyektlər milli dövlətlərdir. Xüsusilə də, ictimai-siyasi sabitliyin pozulması halları ölkələrin əsas strateji dayaqlarının sarsılmasını şərtləndirir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının mətbuat və informasiya şöbəsinin müdiri Nurlan Qələndərli səsləndirib. O bildirib ki, "İdarəedilən xaos" strategiyası və "parçala, hökmranlıq et" prinsipi əsasında mürəkkəb ssenarilərin reallaşdırıldığı indiki mərhələdə daxili sabitlik dövlət müstəqilliyi və suverenlik anyalışları ilə ekvivalentdir - eyni dəyərə malikdir:
"Hazırda iqtisadi güc, hərbi potensial, demoqrafik struktur, diplomatik resurslar milli müstəqilliyin göstəricisi deyil, amma sabitlik bilavasitə suverenliyin qeyri-formal simvoluu və köhnə yeni siyasi fenomendir".
Süleyman