Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti olacaq. O, 300 seçicidən 224 səs toplayıb.
“Report” Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Səsvermə yerli vaxtla saat 09:00-dan 14:00-dək keçirilib. Seçkilərdə Seçki Kollegiyasının 225 üzvü iştirak edib, bir bülleten etibarsız hesab olunub.
M.Kavelaşvili Gürcüstan prezidenti vəzifəsinə yeganə namizəd idi. Onun namizədliyi hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası tərəfindən irəli sürülüb.
M.Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək.