Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kurasiya üzrə məktəb direktorları ilə növbəti görüş keçirilib

Kurasiya üzrə məktəb direktorları ilə növbəti görüş keçirilib


Paytaxtın Xətai rayonundakı ümumi təhsil müəssisələri rəhbərlərinin kurasiya üzrə görüşü keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə BŞTİ-nin müdir müavinləri Xəyalə Əhmədzadə və Anar Qədiməliyev, sektor müdirləri Tural Mahmudov və Bəşarət Məmmədov, həmçinin məktəb direktorları iştirak ediblər.

İdarənin müdir müavini X.Əhmədzadə tədris prosesinin idarəolunması, məktəbdaxili qaydalara nəzarətin gücləndirilməsi, şagird təhlükəsizliyi məsələlərinin tənzimlənməsi, valideynlərlə iş və digər müvafiq məsələlərdən bəhs edib, müasir yanaşmalardan irəli gələn zəruri amilləri nəzərə çatdırıb.

Müdir müavini A.Qədiməliyev keyfiyyətin idarəolunması mexanizmləri, məktəb direktorunun fəaliyyət istiqamətləri, zəruri ehtiyaclar üzrə təminat barədə danışıb, müvafiq tövsiyələrini verib.

Sektor müdirləri T.Mahmudov və B.Məmmədov elektron xidmətlər üzrə fəaliyyətlərin tənzimlənməsi, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması barədə fikirlərini bildiriblər

Daha sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təkliflər səsləndirilib.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş