
Türkiyə elektron ticarətin həcmini 8 milyard dollara qaldirmağı hədəfləyib.
Newscenter.az Türkiyə Ticarət Nazirliyinə istinadən bildirir ki, ixracatçıların ixrac modelləri arasına elektron ticarət kanallarını daxil etmək, xarici müştərilərinə birbaşa çatmaq və innovativ məhsullarla ixraca əlavə dəyər təmin etmək üçün hazırlanan Qərar 25 Avqust 2022-ci il tarixində tətbiq edilib.
Açıqlamada e-İxracın ümumi ixracatdakı payının 2022-ci ildə 2,2 milyard dollar olan 0,9 faizdən 2023-cü ildə 5 milyard dollarla 2,12 faizə, 2024-cü ildə isə 6,4 milyard dollarla 2,6 faizə yüksələcəyi vurğulanıb.
Açıqlamada e-ticarətdə qlobal lider olan Çin üçün bazar komissiyası dəstəyinin tətbiq olunduğu və şirkətlərin bu ölkəyə girişini asanlaşdırmaq üçün addımların atıldığı bildirilib, Uzaq Ölkələr Strategiyası çərçivəsində ABŞ və Kanadanın aparıcı bazarlarının komisyon xərclərinə fərdiləşdirilmiş məhsullar və avtomobil sektoru dəstəyinin də daxil edildiyi vurğulanıb.
Mehman Mehdiyev