Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər səkkiz adamdan birində ürək-damar riski aşkar edilib

Hər səkkiz adamdan birində ürək-damar riski aşkar edilib


Türkiyədə hər səkkiz adamdan birində ürək-damar riski aşkar edilib.

Newscenter.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin açıqlamasında bu barədə qeyd edilib.

Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən Ailə Həkimi Əsasnaməsinə edilən dəyişikliklə Türkiyə daxilində təxminən 6 ayda ailə həkimlərində 2 milyon 483 min 467 ürək-damar riski qiymətləndirməsi aparılıb və müayinələr nəticəsində 317 min 776 nəfərdə risk aşkarlanıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, dünyada ölüm və əlilliyin əsas səbəblərindən biri olan ürək-damar xəstəlikləri hər il təxminən 18 milyon insanın ölümünə səbəb olur.

Ürək-damar xəstəliklərinə səbəb olan ən mühüm davranış risk faktorları arasında qeyri-sağlam qidalanma, qeyri-kafi fiziki fəaliyyət, tütün və spirt istifadəsidir.

Mehman Mehdiyev
Xəbəri paylaş