Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan Əfqanıstana 36 vaqon humanitar yardım göndərib

Qazaxıstan Əfqanıstana 36 vaqon humanitar yardım göndərib



Qazaxıstan prezidentinin tapşırığına əsasən Əfqanıstana 36 vaqon humanitar yardım göndərilib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki,
Əfqanıstanın Bəlx vilayətinin Hayraton stansiyasında humanitar yüklər əfqan rəsmilərinə təhvil verilib.

Dəmir yolu ilə çatdırılan yüklərin ümumi həcmi 2,2 min ton təşkil edir. Bunlar bitki yağı, buğda unu, düyü yarmaları, qış və yay çadırları, ədyallardır. Dərmanların da daxil olduğu humanitar yardımın bir hissəsi isə hava nəqliyyatı ilə göndəriləcək.


Humanitar yardım Qazaxıstan Beynəlxalq İnkişaf Agentliyinin “KazAID” yardımı ilə həyata keçirilib.

Mehman Mehdiyev
Xəbəri paylaş