
Orta Asiya respublikalarının bu günlərdə Yunan Kipri ilə bağlı atmış olduğu addım məyusedicidir və türk birliyinə vurulan zərbədir.
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, maddiyat, maddi dəstək qarşılığında siyasi səhvə yol vermək və Türkiyəyə xəyanət etmək heç cür başa düşülən deyil:
"Türk dövlətləri anlamalıdırlar ki, Avropa İttifaqının onlara ayırmış olduğu 13 milyard dollar vəsait əslində Orta Asiyanı ələ keçirmək, onun zəngin təbii sərvətlərinə sahib olmaqdan başqa bir şey deyil. Nə Birləşmiş Ştatlar, nə də Avropa heç bir ölkəyə təmannasız yardım etmir. Bu gün 13 milyard qarşılığında Yunan Kiprini tanıyan və orada öz səfirliklərini açmağı düşünən Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan ən azı Ukraynanın acı taleyini göz önünə gətirsinlər. Dünənə qədər Rusiyaya qarşı dirəniş göstərmək üçün Ukraynaya milyonlarla dollar vəsait ayıran ABŞ, bu gün həmin vəsaiti geri istəyir, onun qarşılığında Kiyevdən zəngin yeraltı sərvətlərini tələb edir".
Arzuman Muradlı deyib ki, Orta Asiyanı Türkiyədən, türk dünyasından qoparmaq planı Parisə məxsusdur və bir müddət əvvəl Özbəkistan və Qazaxıstan liderlərinin Fransaya dəvət edilməsi və onların medalla ödülləndirilməsi təsadüfi deyildi:
"Hesab edirəm ki, türkdilli ölkələr nə qədər gec deyil, bu yalnışlığı düzəltməlidirlər:
"Həmin yalnışlığın düzəlməsinin yolu isə paralel olaraq Şimali Kipr Türk Respublikasının da həmin ölkələr tərəfindən tanınmasından keçir".
Süleyman